Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 1-də Müdafiə Nazirliyində “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 2006-cı tədris ilinin yekunları və 2007-ci tədris ilində Silahlı Qüvvələrin qarşısında duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev geniş məruzə ilə çıxış etmişdir.
İclasda ilin yekunları ilə bağlı Müdafiə nazirinin əmri oxunmuşdur.
General-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından tədris ilində fərqlənən zabitlərə və generallara qiymətli hədiyyələr, orden və medallar təqdim etmişdir.