AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 27-də:- saat 23:00-dan 23:15-dək Ağdam rayonunun Əhmədağalı kəndinin cənub-qərbində yerləşən mövqelərdən;- saat 23:10-dan 23:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənubunda yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
İyulun 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini cənab Serqey Kisilyakı və nümayəndə heyətini qəbul etmişdir.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 26-da:- saat 19:45-dən 20:15-dək Tərtər rayonunun Seysulan kəndinin cənubunda yerləşən mövqelərdən;- saat 22:00-dan 22:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənubunda yerləşən mövqelərdən; İyulun 27-də:- saat 01:30-dan 02:00-dək Ağdam rayonunun Şıxlar kəndinin cənubunda yerləşən mövqelərdən;- saat 04:10-dan 05:00-dək Tərtər rayonunun Çaylı kəndinin cənub-qərbində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 26-da saat 01:00-da Ağdam rayonunun Əhmədağalı kəndinin qərbində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu il iyulun 25-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəmli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 21-də saat 00:01-dən 01:00-dək Daşkəsən rayonunun ərazisindəki Ağdağ dağında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 19-da saat 22:50-dən 22:55-dək Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndinin şimal-şərqində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki mövqelərini pulemyotlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 16-dan 20-dək Bakı şəhərində “Terminologiya kursu” və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyulun 16-dan 27-dək İstanbul şəhərində müştərək treninqlər keçirilir.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-də saat 21:25-dən 21:50-dək Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərqində və iyulun 15-də saat 04:50-dən 05:20-dək Ağdam rayonunun işğal olunmuş Şıxlar və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Gürcüstanın Müdafiə naziri cənab David Kezerayili iyulun 12-də Azərbaycana rəsmi səfərə gəlmişdir.