Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyulun 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini cənab Serqey  Kisilyakı və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir.
Sonra o, son zamanlar aktuallıq qazanmış Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı məsələyə toxunaraq bildirmişdir ki, bu stansiya Azərbaycanın mülkiyyətidir, ona görə də stansiyanın fəaliyyəti ilə bağlı məsləhətləşmələrdə Azərbaycan da iştirak etməlidir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq işğal altında olan Azərbaycan torpaqlarında külli miqdarda uçotsuz silah və sursat toplandığını xüsusi qeyd etmiş, bu durumun da regional təhlükəsizliyə ciddi təhdid yaratdığını və Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin tələbələrini yerinə yetirməkdə Azərbaycan üçün çətinliklər törətdiyini vurğulamışdır.
Səmimi qəbul üçün təşəkkür edən cənab S.Kisilyak iki dövlət arasında münasibətlərin mövcud vəziyyəti barədə bildirmişdir ki, Rusiya Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. O, regional təhlükəsizlik sahəsində Azərbaycanın mövqeyinin Rusiya üçün əhəmiyyətini qeyd etmiş və Qəbələ RLS-lə bağlı məsləhətləşmələrdə Azərbaycanın iştirakının vacib şərtlərdən biri olduğunu vurğulamışdır.
Görüşdə regional təhlükəsizlik, iki dövlət arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.