Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 25 Fevral 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 24-də saat 17:05-dən 17:20-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini;- saat 11:30-dan 11:35-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 13:40-dan 13:50-dək və 16:30-dan 17:00-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 17:50-dən 17:58-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:30-dan 18:40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iriçaplı pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 24 Fevral 2009 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 26-da Azərbaycan Respublikası Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 24 Fevral 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 23-də saat 15:15-dən 15:20-dək Ermənistan Respublikası Noyemberyan rayonu Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini; - saat 11:05-dən 11:45-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 20:50-dən 20:57-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 22:45-dən 22:55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 21 Fevral 2009 00:01

22-26 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində 9-cu Beynəlxalq müdafıə sərgisi (İDEX-2009) keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 20 Fevral 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 19-da saat 17:50-dən 18:40-dək və 19:50-dən 20:05-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;- saat 15:25-dən 15:55-dək və 22:45-dən 22:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;-fevralın 20-də saat 01:40-dan 01:48-dək və 05:30-dan 05:45-dək Ağdam rayonunun Yusifcanlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 19 Fevral 2009 00:03

“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:-İselsberq şəhərində (Avstriya) Hərbi Attaşelər üçün informasiya həftəsi (22-28 fevral);- Cenevrə şəhərində (İsveçrə) Hərbi Attaşelərin 5-ci tanışlıq modulu (23-26 fevral);-Monterey şəhərində (ABŞ) Müdafıə institutlarında vəhdətin yaradılması mövzusunda konfrans (25-27 fevral) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 Fevral 2009 00:02

-Belqrad şəhərində (Serbiya) MEDCEUR-2009 təliminin əsas planlaşdırma konfransı (23-27 fevral) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 Fevral 2009 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırılığının qiymətləndirilməsi kursu (CREVAL) (23-27 fevral);- Bakı şəhərində NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının qərargahının ekspert qrupunun Azərbaycan MN-nin nümayəndələri ilə ekspert işçi görüşü (24-26 fevral);- Ankara şəhərində (Türkiyə) İnsan alverinə qarşı mübarizə kursu (23-27 fevral) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 Fevral 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-də saat 20:15-dən 20:30-dək və fevralın 19-da saat 01:00-dan 01:10-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 18 Fevral 2009 00:01

19 fevral 2009-cu il tarixdə Polşa Respublikasının Krakov şəhərində NATO ölkələrinin və Əfqanıstana töhfə verən dövlətlərin müdafiə nazirlərinin görüşü keçiriləcək.