AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşüb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 10-da Azərbaycan Respublikasının Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 8-də saat 17:45-dən 17:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 6-da saat 11:40-dan 11:50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 21:00-dan 21:15-dək və 22:55-dən 23:10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 5-də saat 20:40-dan 20:55-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 21:35-dən 21:55-dək, 22:55-dən 23:15-dək, 23:00-dan 23:15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 19:00-dan 19:45-dək və noyabrın 6-da saat 01:15-dən 01:40-dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 01:40-dan 02:00-dək Ağdam rayonunun Şürabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 4-də saat 11:00-dan 11:10-dək Ermənistan Respublikasının Berd rayonunun Qarasu kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- saat 21:15-dən 21:25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 07:20-dən 07:35-dək, 22:30-dan 22:40-dək və noyabrın 5-də saat 00:02-dən 00:15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 3-də saat 19:00-dan 19:35-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 20:15-dən 20:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 21:15-dən 21:20-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 2-də saat 20:30-dan 20:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 18:20-dən 18:55-dək, noyabrın 3-də saat 05:00-dan 05:27-dək və 05:10-dan 05:20-dək Füzuli rayonunun Qorqan, Qaraxanbəyli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Noyabrın 2-də Azərbaycana rəsmi səfər edən Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı İşıq Koşanerin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 1-də saat 06:45-dən 07:20-dək, 21:00-dan 21:20-dək və 23:50-dən 00:05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;-saat 12:40-dan 12:50-dək Ağdam rayonunun Sarcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.