AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşüb. İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Noyabrın 11-dən isə müdafiə naziri Səfər Əbiyevin Tacikistan Respublikasına rəsmi səfəri başlayır. Görüşlərdə ikitərəfli hərbi-texniki əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.