Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 2-də Azərbaycana rəsmi səfər edən Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı İşıq Koşanerin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanındakı Azərbaycan və Türk Şəhidliklərini ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Türkiyə-Azərbaycan dostluğunun daim qorunub saxlanması və onun daha da möhkəmləndirilməsi tərəflərin geniş tərkibli görüşünün əsas mövzusu olub.
Hərbi-texniki əməkdaşlığın yeni inkişaf perspektivləri, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə də fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç iştirak edib.