AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev müdafiə və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gələn NATO katibinin Müdafiə Siyasəti və planlaşdırma üzrə köməkçisi Jire Şedivini qəbul edib.
Oktyabrın 1-də Azərbaycana rəsmi səfər edən Çexiya Respublikası nazirinin müavini - müdafiə naziri Martin Bartakın Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
“SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏDİGƏR TƏDBİRLƏRİNSİYAHISI1-10 Oktyabr 2009-cu ilAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən01.102009-01.08.2010 Həkim Ürək Damar Cərrahiyyəsi kursu Ankara, Türkiyə.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 30-da saat 19:40-dan 19:55-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20:10-dan 20:35-dək və 23:00-dan 23:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- oktyabrın 1-də saat 01:40-dan 02:10-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 29-da saat 15:05-dən 15:15-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi; saat 14:30-dan 14:45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; sentyabrın 30-da saat 00:30-dan 01:10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 28-də saat 22:30-dan 22:45-dək Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 29-da Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 25-də saat 21:20-dən 21:45-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- sentyabrın 26-da saat 00:30-dan 00:35-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 04:20-dən 04:35-dək və 05:01-dən 05:15-dək Ağdam rayonunun Qaraqaşlı və Sarcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 24-də saat 13:20-dən 13:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 16:50-dən 17:15-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 19:45-dən 19:50-dək, 23:00-dan 23:20-dək, sentyabrın 25-də saat 02:40-dan 02:55-dək və 06:40-dan 06:55-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 01:20-dən 01:35-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 23-də saat 13:30-dan 13:40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 15:50-dən 16:20-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 22:00-dan 22:15-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:45-dən 23:00-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.