AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 9-da saat 20:15-dən 20:20-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:00-dan 20:40-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:40-dan 20:55-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.