ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 16-da Azərbaycan Respublikası Ağdam rayonunun Təzəkənd kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq planlaşdırılırdı.
Monitorinq keçirilməzdən əvvəl Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sözügedən ərazinin əlverişsiz, bataqlıq sahə olduğu ATƏT nümayəndələrinin nəzərinə çatdırılmışdı. Lakin onlar təkidlə məhz Ağdam rayonunun Təzəkənd kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirmək istədiklərini bildirmişdilər. Bu təkiddən sonra monitorinqə icazə verilib.
Bu gün isə ATƏT nümayəndələrini aparan nəqliyyat vasitələri həmin göstərilən ərazidə bataqlığa düşüb. Yerli əhalinin, texnikanın köməyi ilə maşınlar bataqlıqdan çıxarılıb. Nəticədə monitorinq baş tutmayıb.