Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 8 İyul 2004 00:01

İyulun 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Xeyki Talvityenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 5 İyul 2004 00:03

İyulun 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Latviya Respublikası Müdafiə Nazirliyinin dövlət katibi cənab Edqars Rinkeviçsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 5 İyul 2004 00:02

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 5-dən 9-dək Buxarest şəhərində (Rumıniya) “İctimai İnformasiya Seminarı”, iyulun 5-dən 16-dək Haaqa şəhərində (Niderland Krallığı) “Müəllimlər üçün təlim seminarı” və Saloniki şəhərində (Yunanıstan) “Çoxmillətli Sülhü Dəstəkləmə əməliyyatları zabitlər üçün yüksək səviyyəli kurs” keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 5 İyul 2004 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 6-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Goranboy rayonunun Borsunlu kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 26 İyun 2004 00:00

İyunun 25-də Gülüstan Sarayında Azərbaycan Silahlı Qüvvələri yaradılmasının 86-cı ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 17 İyun 2004 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Litva Respublikasının Müdafiə naziri Linas Linkeviçiusun dəvətilə iyunun 14-ü və 15-də Vilnüs şəhərində rəsmi səfərdə olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 17 İyun 2004 00:00

İyunun 16-da saat 09:10-dan 09:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber kəndinin 1.3 km.

Müdafiə Nazirliyinin məlumatı 14 İyun 2004 00:02

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Litva Respublikasının Müdafiə naziri Linas Linkeviçiusun dəvətilə iyunun 14-də Vilnüs şəhərinə rəsmi səfərə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 14 İyun 2004 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 14-dən 15-dək Mons şəhərində (Belçika Krallığı) Tərəfdaşlığın Koordinasiya Qrupunun illik konfransı, iyunun 14-dən 18-dək Latina şəhərində (İtaliya) “Rabitə və informasiya sistemləri üzrə tanışlıq” kursu, iyunun 14-dən 19-dək Bakı şəhərində (Azərbaycan Respublikası) NATO-nun Yay Məktəbi, iyunun 14-dən 25-dək Saraqosa şəhərində (İspaniya) “Mülki Hərbi Əməkdaşlıq” üzrə taktiki kurs və iyunun 15-dən 16-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Silahlı Qüvvələrin Silahlandırılması üzrə Qrupunun iclası keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 13 İyun 2004 00:01

İyunun 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Baş Katibinin elm, ətraf mühit və ictimai diplomatiya üzrə müavini cənab Jan Furneni qəbul etmişdir.