AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 4-də ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Görüşdə ölkələr arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinin inkişaf səviyyəsi və regiondakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.