AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 27-də Azərbaycan Respublikasının Qazax rayonunun Fərəhli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılırdı. Lakin havanın sıx dumanlı olması və eyni zamanda güclü yağış yağması təmas xəttinin hər iki tərəfindəki yolları keçilməz edib. Nəticədə ATƏT nümayəndələrini aparan maşınlar yüksəkliyə qalxa bilməyib və monitorinq baş tutmayıb.