AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 4-də baş vermiş məlum atışma zamanı ağır yaralanan döyüşçümüz də dünyasını dəyişib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 3-də saat 23:10-dan 23:20-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 2-də saat 10:30-dan 11:30-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 23:40-dan 23:50-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;- sentyabrın 3-də saat 00:20-dən 00:45-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 1-də saat 18:30-dan 18:40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:40-dan 18:50-dək, sentyabrın 2-də saat 03:00-dan 03:35-dək və 05:10-dan 05:30-dək Tərtər rayonunun Qızıloba, Çaylı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Dünən saat 16:30-da Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd ediblər.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 31-də saat 18:50-dən 19:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- saat 15:00-dan 16:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 16:30-dan 16:40-dək, 23:40-dan 01:35-dək fasilələrlə Tərtər rayonunun Çaylı və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Tədbirlərin siyahısı Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən 01.09.2010-01.09.2014 Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilAnkara, TürkiyəAzərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq planına əsasən01.09.2010-01.09.2014 Hava-Kosmik Müdafiəsi Hərbi Akademiyasında təhsil Yaroslavl, RFAzərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq planına əsasən01.09.2010-01.09.2014 Mixaylov Hərbi Artilleriya Akademiyasında təhsil Sankt-Peterburq, RFAzərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq planına əsasən01.09.2010- 01.09.2014 Omsk Tank Mühəndisləri İnstitutunda təhsilOmsk, RFAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən 01.09.2010-30.08.2016 Türkiyə Respublikasının Gülhane Hərbi Tibb Akademiyasında təhsilAnkara, TürkiyəAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən 01.09.2010-01.09.2014 Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil İstanbul, TürkiyəAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən01.09.2010-01.09.2014 Hərbi Dəniz Liseyində təhsilİstanbul, TürkiyəAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən 01.09.2010-01.09.2014 İşıqlar Hava Liseyində təhsil İstanbul, TürkiyəFTP-dən əlavə01-30.09.2010 Alman dili müəllimlərinin təkmilləşdirilməsi üzrə seminar Hürt, AFRAzərbaycan-ÇXR ikitərəfli əməkdaşlıq planına əsasən01.09-15.12.2010 Quru Qoşunlarının tabor komandirləri kursuNankin, Çin Xalq RespublikasıAzərbaycan-ÇXR ikitərəfli əməkdaşlıq planına əsasən01.09-30.01.2011 Quru Qoşunlarının motoatıcı bölük komandirləri kursuŞitsızyaçjuan, Çin Xalq RespublikasıFTP-dən əlavə01-03.09.2010 Terrorizmə Qarşı Mübarizə İşçi Qrupunun “Yerli Terrorizm və özünü-radikallaşdırma, 2-ci mərhələ” mövzusunda işçi görüşüQarmiş-Partenkirxen, AFRİllik Hərbi İnformasiyanın hazırlanması üzrə işçi görüşü02-03.09.2010Brüssel, Belçika“Combined Endeavor-2010” təlimi03-16.09.2010Qrafenvöhr, AlmaniyaKatarakta və refraktiv cərrahiyə üzrə 23-cü konqres04-08.09.2010Paris, FransaSNT ruhunda05-17.09.2010 “Rapid Trident 2010” komanda qərargah və səhra təlimləri Lvov, UkraynaAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən05.09.2010-01.09.2014 Ali Hərbi Dənizçilik Məktəbində təhsilİstanbul, TürkiyəFTP-yə əsasən Hərbi ingilis dili kursuBudapeşt, MacarıstanAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən06-10.09.2010 Elektron Naviqasiya Xəritəsi (ENC) üzrə staj keçmə təlimi verilməsiBakı, AzərbaycanAzərbaycan-AFR ikitərəfli əməkdaşlıq Proqramına əsasən 06-09.09.2010 “Silahlı Qüvvələrin tədris sistemi, zabitlərin və xüsusilə qərargah zabitlərinin komandir hazırlığı” mövzusunda ekspert danışıqları və bir tədris müəssisəsinin ziyarət edilməsiBonn, AFRMSPO 2010 sərgisi06-09.09.2010Kelç, PolşaHərbi Müşahidəçi Təlimi kursu 10/01 06-24.09.2010Vişkov, Çex RespublikasıAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən06.09-28.10.2010 Havadan təchizat maddələri atma kursu Kayseri, TürkiyəAzərbaycan-ABŞ ikitərəfli əməkdaşlığa əsasən08.09.2010- 25.02.2011 İngilis dili kursu28.03.2011- 04.11.2011 Xüsusi təyinatlı zabit kursu San-Antonio, ABŞAzərbaycan-ABŞ ikitərəfli əməkdaşlığa əsasən08.09.2010-18.02.2011 İngilis dili kursu23.03.2011-10.08.2011 Beynəlxalq Hidroqrafik idarəetmə və mühəndis proqramı kursuSan-Antonio, ABŞ FTP-dən əlavə08-22.09.2010 MEDCEUR-2010 təlimi Podqoritsa, Çernoqoriya.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 30-da saat 21:30-dan 21:35-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- saat 22:50-dən 22:55-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi; - avqustun 31-də saat 01:15-dən 01:30-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-da saat 13:40-dan 13:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 15:20-dən 15:55-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 17:30-dan 17:45-dək və 18:20-dən 18:30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 21:15-dən 21:30-dək və 23:50-dən 00:00-dək Ağdam rayonunun Yusifcanlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- avqustun 30-da saat 00:10-dan 00:15-dək və 02:20-dən 02:45-dək Tərtər rayonunun Çaylı və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.