Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-da saat 13:40-dan 13:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 15:20-dən 15:55-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;   
- saat 17:30-dan 17:45-dək və 18:20-dən 18:30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:15-dən 21:30-dək və 23:50-dən 00:00-dək Ağdam rayonunun Yusifcanlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- avqustun 30-da saat 00:10-dan 00:15-dək və 02:20-dən 02:45-dək Tərtər rayonunun Çaylı və Çiləbürt kəndləri yaxınlığında yerləşən  mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.  
İtki yoxdur.