Dünən saat 16:30-da Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd ediblər. Bu zaman şiddətli atışmalar baş verib. Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub.
Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri - Əmirov Vüqar Əmirəli oğlu (1991 İmişli RHK aprel 2009) və Abdullayev Pərvin Nəbi oğlu (1991 Sabirabad RHK aprel 2009) qəhrəmancasına şəhid olublar.