Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 14 Dekabr 2010 00:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 14-də Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Kəmərli kəndinin qərb istiqamətindəki təmas xəttində monitorinq baş tutmuş hesab olunsa da, lakin erməni tərəf əvvəlcədən koordinə edilmiş ərazidən 1-1,5 km kənarda görünmüşdür ki, bu da pozuntu halı kimi qeyd edilə bilər.

Müdafiə Nazirliyinin məlumatı 13 Dekabr 2010 00:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 14-də Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Kəmərli kəndinin qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 1 Dekabr 2010 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 2-də Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 1 Dekabr 2010 00:00

Tədbirlərin Siyahısı Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən01-03.12.2010 Rabitə mövzusunda təcrübə mübadiləsi və məlumat mübadiləsi üzrə əməkdaşlıq fəaliyyətləri Bakı, AzərbaycanMDB-nin Baş Qərargah Rəisləri Komitəsinin növbəti iclası02.12.2010Moskva, Rusiya2011-ci il Fərdi Tərəfdaşlıq Proqramının müzakirəsi üzrə ekspert qərargah görüşü06.12.2010Brüssel, BelçikaAzərbaycan-ABŞ iş planına əsasən 06-10.12.2010 “Strateji Müdafıə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək” mövzusunda treninq Bakı, Azərbaycan Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən06-10.12.2010 Xəritəçilik sahəsində əməkdaşlıq məsələləri üzrə işçi görüşüAnkara, TürkiyəFTP-yə əsasən 06-10.12.2010 Konsepsiyanın Hazırlanması və Eksperimenti (CDE) Konfransı Norfolk, ABŞAzərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 07-11.12.2010 Hərbi Hava Qüvvələri mütəxəssislərinin ekspert görüşü Münhen, Almaniya“Avrasiya ulduzu 2010” təlimi07-15.12.2010İstanbul, Türkiyə ePRİME sistemi üzrə kurs08-09.12.2010Brüssel, BelçikaFTP-yə əlavə13-15.12.2010 NATO və Tərəfdaş ölkələrin Müdafıə Akademiyalarının və Təhlükəsizlik Elmləri İnstitutlarının SNT Konsorsiumunun işçi qrupunun növbəti görüşü Vyana, AvstriyaTransformasiya rəhbərlərinin konfransı14-15.12.2010Virginia Beach, ABŞPalitli yükləmə sistemi əsasında daşınma əməliyyatlarının planlaşdırılması mövzusunda seminar 14-17.12.2010Bakı, AzərbaycanAzərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelik aparatlarının əməkdaşları ilə toplantı14.12.2010Bakı, Azərbaycan.

Müdafiə Nazirliyinin məlumatı 29 Noyabr 2010 00:00

Noyabrın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Kabul Berdiyevin dəvəti ilə Daşkəndə rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin məlumatı 25 Noyabr 2010 00:00

Noyabrın 25-də Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiyası olub.

Müdafiə Nazirliyinin məlumatı 22 Noyabr 2010 00:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 23-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 12 Noyabr 2010 00:00

Tədbirlərin siyahısı Müttəfiq Transformasiya Komandanlığının Birləşmiş Çoxmillətli Hazırlıq Mərkəzində Qiyamçılıq Əleyhinə (COIN) Tapşırıq Qüvvələrinin işçi görüşü15-16.11.2011Hohenfels, AlmaniyaQiyamçılıq Əleyhinə (COIN) Tapşırıq Qüvvələrinin konfransı17-21.11.2010Ankara, TürkiyəAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən19.11.2010-07.05.2011 Xüsusi Təyinatlı Qüvvələr kursuAnkara, TürkiyəQərargah zabitləri üçün hərbi terminologiya kursu22.11-03.12.2010Budapeşt, MacarıstanATƏT-də təmsil olunan daimi nümayəndəliklərin zirvə görüşündə iştirak25.11-03.12.2010Astana, QazaxıstanAzərbaycan-AFR ikitərəfli əməkdaşlıq proqramına əsasən25.11-02.12.2010 Quru Qoşunlarında Təlim-Tədris məsələlərinə dair ekspertlərin görüşüBerqen-Münster, AFRHava əməliyyatları üzrə terminologiya kursu29.11-10.12.2010İzmir, TürkiyəƏməliyyat İmkanları Konsepsiyası (OCC) Məlumat Bazası üzrə keçiriləcək təlim kursu30.11-02.12.2010Tusula, Finlandiya.

Müdafiə Nazirliyinin məlumatı 12 Noyabr 2010 00:00

Noyabrın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixal Labendanı qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 11 Noyabr 2010 00:00

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İordaniya Haşimiyyə Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abel Mohammad Abedalaziz Əl-Adailehi qəbul edib.