AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-nın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 1-də saat 18:30-dan 18:45-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 2-də saat 00:10-dan 00:15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yərləşən mövqelərdən, saat 01:25-dən 01:35-dək və 05:50-dən 06:35-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Martın 2-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Sloveniya Respublikasının müdafiə naziri xanım Lyubitsa Yelusiçinin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 28-də saat 19:20-dən 19:35-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18:30-dan 18:40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20:10-dan 20:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23:20-dən 23:35-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, martın 1-də saat 07:10-dan 07:20-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Martın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Macarıstan və Gürcüstan respublikalarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Jolt Çutoranı və Teymuraz Şaraşenidzeni qəbul edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 1-də Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndi ilə Ermənistan Respublikasının Kayan kəndi arasındakı yolun yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 27-də saat 22:30-dan 22:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19:10-dan 19:20-dək və fevralın 28-də saat 04:15-dən 04:20-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Tədbirlərin siyahısı Azərbaycan-ÇXR ikitərəfli əməkdaşlıq proqramına əsasən01.03-30.07.2011 “Milli Hərbi Təhlükəsizlik və idarəetmə kursu”Pekin, ÇXRAzərbaycan-ÇXR ikitərəfli əməkdaşlıq proqramına əsasən01.03-30.07.2011 Xüsusi təyinatlı bölmə komandirləri kursuŞiçzyaçjuan, ÇXRFTP-dən əlavə01-15.03.2011 Orta və icraçı səviyyəli əməkdaşlar üçün “İcraçı seminar”Vaşinqton, ABŞNeft axıntısı hallarının qarşısının alınması06-10.03.2011Malmo, İsveçAzərbaycan-AFR ikitərəfli əməkdaşlıq proqramına əsasən07-11.03.2011 “Silahlı Qüvvələr demokratiya şəraitində” mövzusunda seminarŞtrausberq, AlmaniyaAzərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq proqramına əsasən07.03-09.07.2011 MTT üzrə Qərargah kursuMurre, PakistanFTP-dən əlavə07-11.03.2011 Təbii fəlakətlərdə humanitar yardım əməliyyatları kursuNarlıdərə, İzmir, TürkiyəSNT dövlətləri üçün Kütləvi İnformasiya vasitələri və İctimai əlaqələr üzrə təməl kurs07-16.03.2011Spiez, İsveçrəFTP-dən əlavə07-25.03.2011 BMT hərbi müşahidəçiləri kursuHammburq, AlmaniyaAvstriya Hərbi Attaşesinin səfəri07-10.03.2011Bakı, AzərbaycanAFR Hərbi Attaşesinin səfəri08-09.03.2011Bakı, Azərbaycanİtaliya Hərbi Attaşesinin səfəri08-09.03.3011Bakı, AzərbaycanAzərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq proqramına əsasən08-12.03.2011 “Amman 11” təlimlərində iştirakKaraçı, PakistanAzərbaycan-ABŞ iş planına əsasən09.03-22.11.2011 Səhra Artilleriyası təməl kursuSan Antonio, ABŞAzərbaycan-ABŞ iş planına əsasən09.03.2011-17.06.2012 HDQ Komanda Qərargah Akademiyasında təhsilSan Antonio, ABŞKiber-terrorizm kursu14-18.03.2011Ankara, TürkiyəAzərbaycan-Polşa ikitərəfli əməkdaşlıq proqramına əsasən14-16.03.2011 İkitərəfli hərbi əməkdaşlıq üzrə məsləhətləşmələrBakı, Azərbaycan“Elmi və Xəstəliklərə nəzarət üzrə icmal konfransı”14-17.03.2011Qarmiş-Partenkirxen, AFR.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 25-də saat 19:10-dan 19:20-dək və saat 23:30-dan 23:35-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərindən Qazax rayonunun Cəfərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 24-də saat 23:10-dan 23:20-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, fevralın 25-də saat 01:00-dan 01:20-dək və 02:00-dan 02:30-dək Ağdam rayonunun Sarıcalı və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 05:10-dan 05:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.