Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Fevral 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 25-də saat 19:10-dan 19:20-dək və saat 23:30-dan 23:35-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərindən Qazax rayonunun Cəfərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin  üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.