Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 2-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Sloveniya Respublikasının müdafiə naziri xanım Lyubitsa Yelusiçinin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Sloveniyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Görüş zamanı sloveniyalı həmkarı ilə hərbi əməkdaşlıq məsələləri  barədə ətraflı fikir mübadiləsi aparan müdafiə naziri Səfər Əbiyev bölgədə mövcud hərbi-siyasi vəziyyəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemləri onun diqqətinə çatdırıb. O qeyd edib ki, münaqişənin dinc şəkildə həll olunmasına maneçilik törədən işğalçı Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmək istəmir. “Bu zaman ərazilərini azad etmək üçün Azərbaycanın öz suveren hüquqlarından istifadə etməsi qaçılmaz olacaqdır ki, bu da bütövlükdə regionda daha gərgin vəziyyətin yaranmasına rəvac verəcək”.
Görüş zamanı nazirlər digər mühüm məsələlər haqda da fikirlərini bölüşüblər.
Səfər zamanı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Sloveniya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş” imzalanıb.