Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Ukraynanın müdafiə naziri Azərbaycana səfər edib 12 Noyabr 2012 09:00

Noyabrın 12-də Ukraynanın müdafiə naziri Dimitri Salamatinlə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.

Azərbaycan Respublikası müdafiə nazirinin İtaliya Respublikasının müdafiə naziri ilə görüşü olub 7 Noyabr 2012 09:00

İtaliya Respublikası ilə Azərbaycan Respublikası arısında müdafiə sahəsində əməkdaşlıq haqda saziş imzalanıb İtaliya Respublikasına rəsmi səfərə gedən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dünən axşam saatlarında rəsmi qarşılanma mərasimi keçirilib.

Monitorinq baş tutdu 7 Noyabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 7-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

NATO/ABŞ ekspertləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü keçirilir 6 Noyabr 2012 09:00

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO/ABŞ ekspertləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü keçirilir.

"NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçirilir 6 Noyabr 2012 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçirilir.

Müdafiə naziri İtaliya Respublikasına rəsmi səfərə gedib 6 Noyabr 2012 09:00

Noyabrın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının müdafiə nazirinin dəvəti ilə Romaya rəsmi səfərə yola düşüb.

Təmas xəttində monitorinq keçiriləcək 6 Noyabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 7-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Bakıda "NATO günləri" keçirilir 1 Noyabr 2012 09:00

Bakıda NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO günləri" keçirilir.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 31 Oktyabr 2012 09:00

Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən 02-07.11.2012 Qara Dəniz Rotasiya qüvvələrinin 2013-cü il üzrə təliminin əsas planlaşdırma konfransı Sofia, Bolqarıstan “Yırtıcı Şahin-3” 2012 təlimi 04-22.11.2012 Doha, Qətər FTP-dən əlavə 05-09.11.2012 Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO/ABŞ ekspertlərinin səfəri Bakı, Azərbaycan NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupunun “NATO əməliyyat planlanması proseduru üzrə təlim kursu”05-09.11.2012 Bakı, Azərbaycan FTP-dən əlavə 05-15.11.2012 NUSRET-12 təlimində müşahidəçi qismində iştirakİzmir, Türkiyə Beynəlxalq hərbi kurs05-16.11.2012San-Remo, İtaliya Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) nümayəndələrinin hərbçilər arasında futbol üzrə 1-ci dünya kubokunun təşkili ilə əlaqədar koordinasiya görüşünün keçirilməsi məqsədilə səfəri 11-17.11.2012Bakı, Azərbaycan Açılan birgə qüvvələrin qərargah təlim kursu12-23.11.2012 Brunsum, Niderland Combined Endevor 2013 təliminin konsepsiya planlaşdırma konfransı12-16.11.2012Ştutqard, Almaniya Azərbaycan-Çex Respublikası ikitərəfli əməkdaşlıq proqramına əsasən 12-16.11.2012 Kütləvi Qırğın Silahlarından müdafiə üzrə ekspert görüşü Bakı, Azərbaycan FTP-yə əsasən NATO-nun arxa cəbhə idarəsinin tərəfdaşların arxa cəbhə ekspertlərinin işçi qrupunun növbəti görüşü 12-16.11.2012Drezden, Almaniya NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının mülki-hərbi əməkdaşlıq (CİMİC) üzrə mobil təlim qrupunun səfəri12-16.11.2012 Bakı, Azərbaycan.

Müdafiə naziri İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib 31 Oktyabr 2012 09:00

Oktyabrın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.