Silahlı Qüvvələrin Hərbi Akademiyasında Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO/ABŞ ekspertləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü keçirilir.
Tədbir müddətində "Müdafiə strategiyası və planlaşdırılması", "NATO-nun əməliyyat proseduraları və hərbi uzlaşma", "İnformasiya müharibəsi", "NATO-nun komanda və nəzarət proseduraları", "Milli təhlükəsizlik üzrə qərarın qəbul edilməsi", "Strateji əməliyyatlar", "İnformasiya texnologiyaların istifadəsi", "Geosiyasət və beynəlxalq münasibətlər", "Hərbi iqtisadiyyat", "Milli təhlükəsizlik strategiyası və siyasətin inkişafı" mövzuları ətrafında müzakirələr aparılır.