Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2012 09:00

"NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçirilir


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçirilir.
Kurs müddətində NATO-nun mobil təlim qrupu tərəfindən iştirakçılara "NATO-nun əməliyyat planlaşdırma prosesi", "Əməliyyatın planlaşdırma mərhələləri və planlaşdırma qrupları", "Planlaşdırma sənədləri", "Strateji sənədlər", "Əməliyyatın inkişaf konsepsiyası və ssenarisi", "Əməliyyatın son nəticəsinin, strateji məqsədlərin, məhdudiyyət və məcburiyyətlərin müəyyən edilməsi" və s. mövzular barədə brifinqlər verilir və sinif təlimləri keçirilir.