AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib.
N saylı hərbi hissənin əsgəri Rəşad İsgəndərovun anası Nənəxanım Nəsibova bir sıra dövlət qurumlarına, o cümlədən KIV-ə müraciət edərək iddia edir ki, oğlu aktiv vərəm xəstəsi olduğu halda həqiqi hərbi xidmətə aparılıb və indi də onun ordudan təxris olunmasına icazə verilmir.
Dekabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazri general-polkovnik Səfər Əbiyev Polşa Respublikası Senatının Hərbi Komitəsinin sədri Boqdan Klixi qəbul edib.
NATO Müdafiə Kolleci ali kursunun 83 nəfərdən ibarət dinləyici və müəllim heyətinin Azərbaycan Respublikasına akademik ziyarəti keçirilir.
Dekabrın 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristovanı qəbul edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 14-də Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli kəndinin cənub qərbində yerləşən təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 14-də Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli kəndinin cənub qərbində yerləşən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Dekabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirləri müdafiə şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.
Noyabrın 7-də Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə toplantı keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 5-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qərbində yerləşən təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.