Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 2012 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Moskvaya yola düşüb


Dekabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirləri müdafiə şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.
İclasda MDB çərçivəsində hərbi əməkdaşlığın gedişatı və 2013-cü il üçün planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur.
Səfər zamanı bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarının imzalanacağı da gözlənilir.