Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Dekabr 2012 09:00

Müdafiə naziri Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib


Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib.
Görüş zamanı bölgədə hərbi-siyasi vəziyyət və hərbi-texniki əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Səfər Əbiyev bildirib ki, problemin indiyə qədər həll edilməməsinin başlıca səbəblərindən biri Rusiya Federasiyasının da həmsədr ölkə olduğu Minsk Qrupunun nəticəsiz fəaliyyəti ilə bağlıdır.
Azərbaycanın müdafiə naziri həmçinin qeyd edib ki, Dağlıq Qarabağda baş qaldıran seperatizmin vaxtında qarşısının alınmaması problemin yayılmasına şərait yaratdı və bu gün Rusiyanın özü həmin problemlərlə qarşılaşıb.
Görüş zamanı rusiyalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini təqdim edib.