Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının müdafiə naziri İstanbula yola düşüb 6 May 2013 09:00

Türkiyədə keçiriləcək IDEF-2013 on birinci beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün dəvət alan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev mayın 6-da İstanbula yola düşüb.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq təntənəli mərasim keçirilib 4 May 2013 09:00

Mayın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq təntənəli mərasim keçirilib.

İctimaiyyət nümayəndələri cəbhə bölgəsinə səfər edib 3 May 2013 09:00

Xəbər verildiyi kimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir.

Azərbaycan Respublikasının müdafiə naziri ABŞ-ın nəqliyyat komandanını qəbul edib 1 May 2013 09:00

Mayın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 30 Aprel 2013 09:00

Azərbaycan-Pakistan HDQ arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirələrin edilməsi məqsədilə səfər 02-03.05.2013Karaçi, Pakistan NATO ekspertlərinin iştirakı ilə Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli özünü-qiymətləndirmə təlimi üzrə yekun planlaşdırma konfransı 06-08.05.2013Bakı, Azərbaycan Qüvvələrin hərəkətinin və açılmasının idarə edilməsi sistemi (ADAMS) üzrə qərargah zabitləri kursu 06-10.05.2013Latina, İtaliya Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən 06-10.05.2013 Müdafiə idarəçiliyi səhəsində məsələlər üzrə seminar Monterrey, ABŞ “Biliklərin təkmilləşdirilməsi və idarə edilməsi” kursu 06-17.05.2013 Ankara, Türkiyə Azərbaycan-Sloveniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 06-31.05.2013 İngilis dili kursu Novo Qoritsa, Sloveniya Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən 07-08.05.2013 “Combined Endeavor-2013” təliminin növbəti planlaşdırma konfransıNeapol, İtaliya Beynəlxalq Hərbi İdman Şurasının 68-ci Baş Assambleyası və konqresində iştirak11-18.05.2013Cakarta, İndoneziya “BMT hərbi müşahidəçisi” kursu 13-31.05.2013Ankara, Türkiyə “NATO çərçivəsində standartlaşdırma” kursu 14-23.05.2013 Varşava, Polşa.

Monitorinq baş tutdu 30 Aprel 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Hərbçilər arasında birinci Dünya Futbol Kubokunun püşkatma mərasimi keçirilib 29 Aprel 2013 09:00

Aprelin 29-da Avropa Hotelində Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunun püşkatma mərasimi keçirilib.

Təmas xəttində monitorinq keçiriləcək 29 Aprel 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq geniş tədbirlər keçirilir 25 Aprel 2013 09:00

Müasir Azərbaycan Ordusunun yaradıcısı, ümummilli lider Heydər Əliyevin anadan olmasinin 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir.

Əsgər ayağından yaralanıb 22 Aprel 2013 09:00

Aprelin 21-də saat 12.30-da Qazax rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Quliyev Qismət Vəli oğlu təhlükəsizlik qaydalarının pozulması nəticəsində ayagından güllə yarası alıb, vəziyyəti kafidir.