AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Leytenant Musayev İlham Ramiz oğlu bir ay əvvəl məzuniyyətdə olarkən Tovuz rayonunda baş verən avtoqəza nəticəsində ağır kəllə beyin travması almışdı.
Avqustun 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiya müdafiə nazirinin müavini Masahisa Satonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ermənistanın kütləvi informasiya vasitələri müdafiə nazirliyi mətbuat xidmətinin rəhbəri Arsurun Ovannisyana istinad edərək guya Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycan silahlı bölmələri erməni hərbçilərinin mövqelərinə gözlənilmədən atəş açıblar.
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan ordusu bu gün prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub və bu sahədə aparılan uğurlu islahatlar öz yüksək nəticəsini göstərir.
Avqustun 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul edib.
Avqustun 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsin Pakayini qəbul edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin qərbindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Avqustun 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Cənubi Koreya Respublikası müdafiə nazirinin müavini Baek Seunq Joonu qəbul edib.
Amerika Birləşmiş Ştatlarının müdafiə katibi Çak Heygelin dəvəti ilə Vaşinqtonda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev öncə "Arlinqton" xiyabınını ziyarət edərək Naməlum əsgərin məzarı önünə əklil qoyub.