Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Cənubi Koreya Respublikası müdafiə nazirinin müavinini qəbul edib


Avqustun 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Cənubi Koreya Respublikası müdafiə nazirinin müavini Baek Seunq Joonu qəbul edib.
Qonaqları salamlayan müdafiə naziri görüş zamanı Cənubi Koreya ilə Azərbaycan arasında son illər əlaqələrin gücləndiyini və bu prosesin demək olar ki, bütün sahələri əhatə etdiyini bildirib. Hərbi sahədə əməkdaşlığın qurulmasının vacibliyini önə çəkən nazir artıq bu məqsədlə hərbi memorandumun imzalanmaya hazır olduğunu koreyalı qonağın diqqətinə çatdırıb. Səfər Əbiyev bu sənədin tezliklə qüvvəyə minməsinin gələcəkdə hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açacağını xüsusilə vurğulayıb. Hərbi təhsil sahəsində qarşılıqlı əlaqələrin yaradılması barədə də müzakirələr aparılıb.
Geniş fikir mübadiləsi şəraitində keşən görüşdə hər iki regionda mövcud hərbi-siyasi vəziyyətə də toxunulub.
Görüşdə Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn iştirak edib.