Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2013 09:00

Ermənistanın dezinformasiyasına cavab


Ermənistanın kütləvi informasiya vasitələri müdafiə nazirliyi mətbuat xidmətinin rəhbəri Arsurun Ovannisyana istinad edərək guya Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycan silahlı bölmələri erməni hərbçilərinin mövqelərinə gözlənilmədən atəş açıblar. Bir nəfərin öldüyü, birinin isə yaralandığı bildirilir. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edir ki, yayılan bu xəbər dezinformasiyadır, Ermənistan bununla izi azdırmağa cəhd göstərir. Lakin əldə olunan səhih məlumata görə, bu gün səhər saatlarında erməni həbçiləri arasında baş verən atışmanı gizlətmək məqsədilə düşmən bu köhnəlmiş üsulu yenə də işə salıb. İtkilər barədə Arsurun Ovannisyanın göstərdiyi rəqəm həqiqəti əks etdirmir. Erməni əsgərləri arasında silahlı qarşıdurma zamanı bir neçə nəfərin öldüyü və yaralandığı barədə məlumatlar var.