Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasının Quru Qoşunları Komandanını qəbul edib 10 Mart 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarı qəbul edib.

Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ölkəmizə rəsmi səfərə gəlib 10 Mart 2014 09:00

Martın 10-da Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akar Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 10 Mart 2014 09:00

Hərbi Təhsil yardımı proqramına əsasən martın 14-dən martın 28-dək Hürt şəhərində (Almaniya) Alman dili müəllimlərinin təkmilləşdirmə seminarı keçiriləcək.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 7 Mart 2014 09:00

Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən martın 10-da Bakı şəhərində Azərbaycan Respublikası və Birləşmiş Krallığın Müdafiə Nazirlikləri arasında qərargah danışıqları, martın 10-dan aprelin 25-dək Şrivenhem şəhərində (Böyük Britaniya) Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə 9-cu kurs, martın 10-dan martın 14-dək Ankara və İstanbul şəhərlərində (Türkiyə Respublikası) Terrorizmə qarşı mübarizə kursu və NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma üzrə 4-cü işçi görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində səfərdədir 6 Mart 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir.

Monitorinq baş tutdu 5 Mart 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 5-də Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 4 Mart 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 5-də Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Müdafiə naziri Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli təşkilatının baş direktorunu qəbul edib 3 Mart 2014 09:00

Martın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli təşkilatının baş direktoru cənab Zubair İqbal Maliki qəbul edib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 3 Mart 2014 09:00

Martın 4-dən martın 7-dək Bakı şəhərində (Azərbaycan) Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminin yekun planlaşdırma konfransı və Azərbaycan – ABŞ ikitərəfli iş planına əsasən martın 5-dən martın 11-dək Qarmiş Partenkirxen şəhərində (Almaniya) xarici dillər kursları rəhbərlərinin konfransı keçiriləcək.

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib 28 Fevral 2014 09:00

Fevralın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqunu qəbul edib.