Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2014 09:00

Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ölkəmizə rəsmi səfərə gəlib


Martın 10-da Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akar Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarın rəsmi səfəri martın 12-dək davam edəcək.