Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli təşkilatının baş direktorunu qəbul edib


Martın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli təşkilatının baş direktoru cənab Zubair İqbal Maliki qəbul edib.
Müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.
Qonaq səfərdən məmnun qaldığını bildirərək, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini bildirib.
Eyni zamanda, ölkələrimizin yerləşdiyi regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmış, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanmışdır.
Görüşdə Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Xalid Usman Qaiser də iştirak edib.