Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Monitorinq baş tutdu 19 Mart 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 19-da Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Azərbaycan Respublikasının Müdafiə naziri Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədrini qəbul edib 19 Mart 2014 09:00

Martın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevi qəbul edib.

Şəhid əsgər Həsənov Elvin Çingiz oğlu dəfn edilib 18 Mart 2014 09:00

Döyüş tapşırığını yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində dünən şəhid olmuş əsgər Həsənov Elvin Çingiz oğlu martın 18-də Sumqayıt şəhərində dəfn olunub.

Bakıda NATO/ABŞ Ekspert Qrupu nümayəndələrinin işçi görüşü keçirilir 18 Mart 2014 09:00

Martın 18-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun nümayəndələri ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə işçi görüşü başlayıb.

Təmas xəttində monitorinq keçiriləcək 18 Mart 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 19-da Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Əsgərimiz şəhid olub 17 Mart 2014 09:00

Martın 17-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 17 Mart 2014 09:00

Martın 18-19-da Bakı şəhərində Silahlı Qüvvələrin Hərbi Təhsil Sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO/ABŞ Ekspert Qrupunun işçi görüşü, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 18-dən 20-dək Tuusula şəhərində (Finlandiya) Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Analiz Proqramının məlumat bazası üzrə təlim kursu və Azərbaycan-ABŞ iş planına əsasən martın 18-dən aprelin 4-dək Novo Selo şəhərində (Bolqarıstan) "Saber Guardian" kompüter dəstəkli komanda qərargah təlimi keçiriləcək.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 15 Mart 2014 09:00

Azərbaycan-ABŞ iş planına əsasən martın 16-dan martın 21-dək Nürnberq şəhərində (Almaniya) Azərbaycan-ABŞ işçi qrupunun görüşü, martın 17-dən martın 21-dək Paris şəhərində (Fransa) Vyana Sənədi-11 üzrə kurs və martın 17-dən martın 28-dək Krusevaç şəhərində (Serbiya) maddi texniki təminat xidmətləri üzrə təməl kursu (ADAMS) keçiriləcək.

Azərbaycan Ali Hərbi Məktəbinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib 14 Mart 2014 09:00

Martın 14-də Azərbaycan Ali Hərbi Məktəbində bu təhsil ocağına Ümummilli Lider Heydər Əliyevin adının verilməsinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Müdafiə naziri Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib 13 Mart 2014 09:00

Martın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru cənab Yevgeniy Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.