Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2014 09:00

Azərbaycan Ali Hərbi Məktəbinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Martın 14-də Azərbaycan Ali Hərbi Məktəbində bu təhsil ocağına Ümummilli Lider Heydər Əliyevin adının verilməsinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbir Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ulu Öndər Heydər Əliyevin məktəbin ərazisindəki abidə önünə gül dəstəsinin qoyması ilə başlayıb.
Mərasim açıq elan edildikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi general-mayor Heydər Piriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktəbə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.
Sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov təbrik nitqilə çıxış edib, məktəbin şəxsi heyətinə təhsil və xidmətlərində uğurlar arzulayıb.
Məktəbin məzunu, Milli Qəhrəman polkovnik Fəxrəddin Cəbrayılov əlamətdar gün münasibətilə çıxış edərək şəxsi heyəti təbrik edib.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi şəxsi heyətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciəti oxunub.
Tədbir musiqili-bədii kompozisiyanın nümayişi və Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin «10 il Heydər Əliyevin adı ilə» adlı kitab-albomun ilk nüsxələrinin Müdafiə nazirinə və qonaqlara təqdim edilməsi ilə yekunlaşıb.