Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Mart 2014 09:00

Bakıda NATO/ABŞ Ekspert Qrupu nümayəndələrinin işçi görüşü keçirilir


Martın 18-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun nümayəndələri ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə işçi görüşü başlayıb.
Tədbirdə NATO üzvü olan ölkələrin hərbi təhsil sahəsindəki təcrübəsinin öyrənilməsi və tətbiqi, o cümlədən strateji planlaşdırma, humanitar proqramlar, milli və regional təhlükəsizlik, enerji təhlükəsizliyi, mütəxəssislərin təcrübə mübadiləsi, işçi qruplarının əməkdaşlığı və hərbi təhsilin metodologiyası üzrə bir sıra məsələlər müzakirə ediləcəkdir.
İşçi qrupunun müzakirələri çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri Akademiyasının Milli Təhlükəsizlik məsələləri üzrə professoru cənab Tomas Fedızın (ABŞ) və NATO-nun Beynəlxalq Qərargahının Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti İdarəsinin eksperti cənab Mariuş Solisin (Polşa) mühazirələri planlaşdırılır.
İşçi görüşü martın 19-da yekunlaşacaq.