AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin Komandanı aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərin aktiv fazası yekunlaşıb.
2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlərə başlayıb.
İran İslam Respublikasında iki günlük rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 15-də günün ikinci yarısında Bakıya qayıdıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Aprelin 16-da Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin Komandanı aviasiya marşalı Tahir Rafiq Battın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Azərbaycan-ABŞ iş planına əsasən 2014-cü ilin aprel ayının 16-dan 2015-ci ilin yanvar ayının 9-dək San Antonio şəhərində (ABŞ) Rabitə kapitanlarının karyera kursu keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə Tehranda rəsmi səfərdədir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
2014-cü il Azərbaycan Respublikasının NATO-nun "Sülh naminə Tərəfdaşlıq" (SNT) proqramına qoşulmasının 20-ci ildönümü ilə əlaqədar cari ilin 11-12 aprel tarixlərində Bakı şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyinin və Azərbaycanın NATO Beynəlxalq Məktəbinin (NİSA) dəstəyi ilə "SNT-nin 20-ci ildönümü və NATO-nun gələcək tərəfdaşları" adlı yüksək səviyyəli konfrans keçirilib.