Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə Tehranda rəsmi səfərdədir.
Aprelin 14-də İran İslam Respublikasının Müdafiə Nazirliyində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qarşılanma mərasimi olub.
Sonra iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi səfəri aprelin 15-dək davam edəcək.