Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2014 09:00

Azərbaycan Respublikasının NATO-nun "Sülh naminə Tərəfdaşlıq" proqramına qoşulmasının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib


2014-cü il Azərbaycan Respublikasının NATO-nun "Sülh naminə Tərəfdaşlıq" (SNT) proqramına qoşulmasının 20-ci ildönümü ilə əlaqədar cari ilin 11-12 aprel tarixlərində Bakı şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyinin və Azərbaycanın NATO Beynəlxalq Məktəbinin (NİSA) dəstəyi ilə "SNT-nin 20-ci ildönümü və NATO-nun gələcək tərəfdaşları" adlı yüksək səviyyəli konfrans keçirilib.
Tədbirdə NATO üzv və tərəfdaş dövlətlərin rəsmiləri, NATO-nun müvafiq hərbi strukturlarından ali rütbəli hərbi nümayəndələr, Xarici İşlər Nazirliyinin, Azərbaycanın NATO Beynəlxalq Məktəbinin (NİSA), Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər qurumların nümayəndələri iştirak edib.
Aprelin 12-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin direktoru - qərargah rəisinin müavini general-mayor Haluk Çətinqaya və polkovnik Yusuf Bayazid ilə görüş keçirib.
Görüş zamanı NATO ilə tərəfdaşlığın cari vəziyyəti və gələcək inkişaf yolları müzakirə olunub.