Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Şəhid gizir Abilov Xudaverdi Fərhad oğlu dəfn edilib 28 May 2014 09:00

Düşmənin açdığı snayper atəşi nəticəsində dünən şəhid olmuş gizir Abilov Xudaverdi Fərhad oğlu mayın 28-də Sumqayıt şəhərində dəfn olunub.

Silahlı Qüvvələr cəbhə bölgəsində genişmiqyaslı təlimlər keçirir 28 May 2014 09:00

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində növbəti genişmiqyaslı təlimlər keçirir.

Bakı Qarnizonunun şəxsi heyəti Bakı şəhərində yürüş keçirib 28 May 2014 09:00

May 28-də Respublika günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçirilib.

Müdafiə naziri Gürcüstana rəsmi səfər edəcək 28 May 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniyanın dəvətilə mayın 29-da Gürcüstana rəsmi səfər edəcək.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin futbol üzrə çempionatı başlayıb 27 May 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi qulluqçular arasında futbol çempionatına start verilib.

Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilir 27 May 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 28 May - Respublika Günü münasibətilə Müdafiə nazirliyinə tabe olan hərbi hissələrdə tədbirlər keçirilir.

Müdafiə naziri 28 may Respublika günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib 27 May 2014 09:00

Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 28 May - Respublika günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bakı Qarnizonu şəxsi heyətinin nizami yürüşü keçiriləcək 27 May 2014 09:00

May 28-də Respublika günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcəkdir.

Məlumat 26 May 2014 09:00

Elektron kütləvi informasiya vasitələri bəzi mənbələrə istinadən Silahlı Qüvvələrdə erməni əsilli hərbi qulluqçunun xidmət etməsi barədə növbəti dəfə yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayıblar.

Moskvada Azərbaycan Respublikası və İran İslam Respublikasının müdafiə nazirləri görüşüb 23 May 2014 09:00

Moskva şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfrans çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Hüseyn Dehqan arasında görüş keçirilib.