AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 17-də Goranboy rayonu Gülüstan kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların andiçmə mərasimi keçirilib.
Sentyabrın 15-də yeni tədris ilinin başlanması və Bilik günü münasibəti ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib.
Sentyabrın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 17-də Goranboy rayonu Gülüstan kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-nun Psixoloji Əməliyyatları" mövzusunda təlim kursu başlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən 20-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri davam edir.
Sentyabrın 15-dən 19-dək Bakı şəhərində "Silahlı Qüvvələr demokratiyada" mövzusunda seminar, Qarmiş-Partenkirxen şəhərində (Almaniya) "Maddi Texniki Təminat üzrə qarşılıqlı uyarlılıq" mövzusunda simpozium, 22-dək Zaqreb şəhərində (Xorvatiya) "Strike 2014" təlimində müşahidəçi qismində iştirak, 26-dək isə Souda şəhərində (Yunanıstan) "Hərbi dəniz əməliyyatları üzrə terminologiya" kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil testi seminarı keçiriləcək.
Sentyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması ilə əlaqədar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.