Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2014 09:00

Müdafiə naziri təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüşüb

Sentyabrın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb.
Müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə təlim toplanışında mütəşəkkil qaydada iştirak etdiklərinə, bir an belə tərəddüd etmədən Vətənin müdafiəsi üçün şərəf və vicdanla yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkür edib.
Nazir bilidirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək imkanı əldə ediblər.
Müdafiə naziri keçirilən təlimlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tələb və tapşıpıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçirildiyini bir daha diqqətə çatdırıb.
Sonra Müdafiə naziri şəxsi heyətin vəziyyəti, yeməkxana, yataq, tibb xidmətinin təşkili, mobil hamam-camaşırxana və digər məişət şəraiti ilə tanış olub, eyni zamanda onların təlimlərdə iştirakı, silah və hərbi texnikadan istifadə etmə bacarıqları ilə maraqlanaraq döyüş atışlarının yerinə yetirilməsi, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə məsələlərə diqqətin daha da artırılmasını xüsusi vurğulayıb.
Təlimlər sentyabrın 20-dək davam edəcək.