AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqların həlli məqsədilə oktyabrın 10-da Müdafiə Nazirliyində hesabat dövrünün nəticələrinə həsr olunmuş toplantı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın nəticələri, ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadənin rəhbərliyi altında oktyabrın 10-da Müdafiə Nazirliyində müşavirə keçirilib.
Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Litva Respublikasının milli müdafiə naziri Yuozas Olekasın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Oktyabrın 9-da saat 14.35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Milli Müdafiə naziri cənab Yuozas Olekası qəbul edib.
Oktyabrın 8-də Bakıda yerləşən "N" saylı hərbi hissədə Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 9-da Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Qurban bayramı münasibətilə Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib.