Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2014 09:00

Hərbi Dəniz Qüvvələrində Qurban bayramı münasibəti ilə tədbir keçirilib

Qurban bayramı münasibətilə Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib. Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram münasibəti ilə təbriki çatdırıldıqdan sonra, bayramın tarixi barədə şəxsi heyətə məlumat verilib.
Sonra adət-ənənəyə uyğun olaraq qurbanlıq heyvanlar kəsilib. Bundan sonra Suraxanı rayonu Qurban Abbasov adına mədəniyyət sarayının bədii kollektivi və "Xəzər" qiraət dərnəyinin üzvləri şəxsi heyət qarşısında konsert proqramı ilə çıxış ediblər.
Tədbirin sonunda iştirakçılara Hərbi Dəniz Qüvvələri Komandanlığı adından fəxri fərmanlar təqdim olunub.