Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrdə "NATO Günləri" başlayıb 3 Noyabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən noyabrın 3-dən Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" tədbiri keçirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi Bakı qarnizonunun hərbi hissələrində olub - VİDEO 1 Noyabr 2014 17:11

Müdafiə Nazirliyinin rəhbərliyi Bakı qarnizonunun hərbi hissələrində olub 1 Noyabr 2014 09:00

Noyabrın 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bakı qarnizonunun hərbi hissələrində olublar.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 1 Noyabr 2014 09:00

Noyabrın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya) "Bütövlüyün qurulmasında müdafiə təsisatlarının liderliyi" mövzusunda kurs, NATO İctimai əlaqələr siyasətinin hazırlanması kursu, Budapeşt şəhərində (Macarıstan) "Tibbi qiymətləndirmə" kursu, Ankara şəhərində (Türkiyə) Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə Türkiyə Quru Qoşunları Hərbi Məktəbi arasında müəllim mübadiləsi, Bakı şəhərində "NATO günləri" tədbiri, noyabrın 3-dən 14-dək Konstanta şəhərində (Rumıniya) Hidroqrafiya və hidroqrafiya idrələri üzrə regional təlim kursu, San Remo şəhərində (İtaliya) 156-cı Beynəlxalq hərbi kurs, noyabrın 3-dən 21-dək isə Ankara şəhərində (Türkiyə) Exokardioqrafiya kursu keçiriləcək.

Şəmkir şəhərində "Əsgər Şöhrəti" bayramı keçirilib 30 Oktyabr 2014 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Şəmkir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir şəhər Dövlət Bayrağı meydanında "Bu gün gərək hər anımız vətən desin!" devizi altında "Əsgər Şöhrəti" bayramı keçirilib.

C.Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib 29 Oktyabr 2014 09:00

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Bakı metropoliteninin "Ulduz" və "N.Nərimanov" stansiyaları arasında hərəkət edən qatarda 1995-ci ilin oktyabr ayının 28-də baş vermiş faciə zamanı zərərçəkmiş insanları xilas edərkən həlak olmuş hərbi qulluqçuların xatirəsi yad edilib.

Veteranların vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rolu var 28 Oktyabr 2014 09:00

Son aylarda cəmiyyətdə Silahlı Qüvvələrimizə inam nəzərəçarpacaq dərəcədə artıb.

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin hazırlıq səviyyəsi yoxlanılır 28 Oktyabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov müdafiənin ön xətti boyunca yerləşən hərbi hissələrin hazırlıq səviyyəsinin yoxlanılmasını davam etdiriblər.

Müdafiə Nazirliyi ilə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyası arasında əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub 28 Oktyabr 2014 09:00

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, nazirliyin Tibb Baş İdarəsinin bir qrup zabit heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasında təcrübə mübadiləsi aparıblar.General-mayor Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tibb sahəsində ikitərəfli əməkdaşlıq protokoluna bəzi əlavələr olunması məsələsini müzakirə edib.

Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsini yoxlayır 27 Oktyabr 2014 09:00

Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 27-dən başlayaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsinin yoxlanılmasını həyata keçirir.