Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava Qüvvələri ilə birgə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb 13 Noyabr 2014 09:00

Təsdiq edilmiş əməliyyat hazırlığı planına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin, həmçinin Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri başlayıb.

Bakıda hərbi təhsil sistemi üzrə işçi görüşü keçirilir 12 Noyabr 2014 09:00

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun mütəxəssisləri tərəfindən Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə növbəti işçi görüşü keçirilir.

Mövqələrimizə hücum edən düşmən helikopteri məhv edilib 12 Noyabr 2014 09:00

Müdafiə Nazirliyi bildirir ki, əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.

Bakıda NATO-nun əməliyyat planlaşdırması üzrə kurs keçirilir 12 Noyabr 2014 09:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun Əməliyyat Planlaşdırma Prosesi" mövzusunda təlim kursu keçirilir.

Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırılıb 12 Noyabr 2014 09:00

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopter vurulub 12 Noyabr 2014 09:00

Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.

Azərbaycan Respublikasının Müdafiə naziri Moskva şəhərində səfərdədir 11 Noyabr 2014 09:00

Noyabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

Müdafiə Nazirliyi ilə Qazax rayon İcra Hakimiyyəti birgə tədbir keçirib 10 Noyabr 2014 09:00

Azәrbaycn Respublikası Müdafiә Nazirlyi vә Qazax rayon İcra Hakimyәtinin birgә təşkilatçılğı ilә rayonun Olimpiya İdman Kompleksindә Dövlәt Bayrağı Günü ilә əlaqәdar bayram tәdbiri keçirilib.

Azərbaycan Respublikasının Müdafiə naziri Moskva şəhərinə yola düşüb 10 Noyabr 2014 09:00

Noyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının noyabrın 11-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 10 Noyabr 2014 09:00

Noyabrın 11-dən 14-dək Bakı şəhərində "Müdafiənin planlaşdırılması prosesində strateji konspesiyanın hazırlanmasının rolu" mövzusunda seminar, noyabrın 12-dən 13-dək Vilnüs şəhərində (Litva) "Hərbi sahədə tətbiq edilən innovativ enerji vasitələri" mövzusunda konfrans və sərgi keçiriləcək.