AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 22-dən 28-dək Ankara şəhərində (Türkiyə) Türkiyə Silahlı Qüvvələrinin İdman Məktəbi və Təlim Mərkəzi Komandanlığının fəaliyyətləri ilə tanışlıq ziyarəti keçiriləcək.
Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Fətəlizadə Rüfət Nazim oğlunun dekabrın 17-də Ağsu rayonunun Padar kəndində anım mərasimi keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin rəhbər heyətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib.
Dekabrın 16-dan 18-dək Norfolk şəhərində (ABŞ) "Transformasiya Komandanlarının konfransı və Tərəfdaşların Transformasiya Komandanlarının dəyirmi masa" tədbiri, dekabrın 16-dan 17-dək isə Ankara şəhərində (Türkiyə) Türkiyə Silahlı Qüvvələri Sülh Naminə Tərəfdaşlıq Təlim Mərkəzi komandanlığının ziyarəti və Bonn şəhərində (Almaniya) Hərbi hüquq üzrə ekspert danışıqları keçiriləcək.
Dekabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifəni qəbul edib.
Dekabrın 15-dən 17-dək Marmaris şəhərində (Türkiyə) Dənizdə təhlükəsizlik əməliyyatları zamanı yerli mədəniyyətlərdən xəbərdar olma kursu, dekabrın 15-dan 18-dək isə Ankara şəhərində (Türkiyə) 7-ci Azərbaycan-Türkiyə Yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək.
Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.
C.Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun anım mərasimi keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilir.