Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2014 09:00

Azərbaycanın Milli Qəhrəmanı anılıb

C.Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun anım mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər Milli Qəhrəmanın həyatından, liseydəki təhsil illərindən və keçdiyi şərəfli döyüş yolundan bəhs ediblər. Sonra kursantlar bədii hissə ilə çıxış ediblər.
Tədbirin sonunda Milli Qəhrəmanın oglu Elşən Əhədov mərasimin təşkili üçün Müdafiə Nazirliyinin rəhbərliyinə və liseyin komandanlığına minnətdarlığını bildirib, kursantlara seçdikləri bu şərəfli yolda uğurlar arzulayıb.