Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2014 09:00

Şəmkir hərbi birliyində Ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilir.
Şəmkir hərbi birliyində keçirilən anım mərasimində iştirak edən hərbi hissə komandiri general-leytenant Rövşən Əkbərov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri və hərbi qulluqçular əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və çiçəklər qoyaraq onun xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbiri açıq elan edən polkovnik Elşad Əbilov Ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş məruzə etdikdən sonra, Gəncə Dövlət Dram Teatrın və Gəncə Qarnizonu Zabitlər evinin aktyor heyətinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Azərbaycan Respublikasının əməkdar artistləri Azərinin və İlqar Muradovun Ümummilli lider Heydər Əliyevə həsr olunmuş və həmçinin hərbi-vətənpərvərlik ruhunda ifa olunan mahnıları şəxsi heyət tərəfindən böyük rəğbətlə qarşılanıb.