AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi haqqında göstərişlərini, Müdafiə nazirinin əmr və sərəncamlarından irəli gələn tələbləri rəhbər tutaraq Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr edilmiş “Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi davam edir.
Mayın 28-də Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə saat 12.00-dan etibarən şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcəkdir.
Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin birlik, birləşmə və bölmələrində döyüşə hazır vəziyyətin yoxlanılması məqsədilə əməliyyat-taktiki, taktiki və taktiki-xüsusi intensiv təlimlər keçirilir.
Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün mayın 26-da Rusiya Federasiyasının Soçi şəhərinə yola düşüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşəbbüsü və İmişli rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişli rayonunda Qarabağ müharibəsi veteranı Şamil Cəbrayılovla görüş keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən artıq ölkəmizdə yubiley tədbirlərinə start verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub.